Murad Məmmədov güləş üzrə dünya çempionu oldu

Braziliyanın Salvador de Bahya şəhərində gənclər arasında güləş üzrə Dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, keçən gecə yunan-roma üslubunda güləşən Azərbaycan güləşçisi Murad Məmmədov (55 kq) qızıl medal qazanıb.
Çempionluğa gedən yolda o, Hindistan, İran, Özbəkistan, Ermənistan və Bolqarıstan nümayəndələri üzərində qələbə qazanıb.
İslam Abbasov (84 kq) finalda məğlub olaraq gümüş, Ruhin Mikayılov (66 kq) isə bürünc medala layiq görülüb.
Yarışların ilk günündə Azərbaycan gümüş medal qazanıb. Dörd medal və 53 xal ilə yunan-roma güləşi üzrə komandamız komanda yarışında 2-ci yeri tutub.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək