Hodson İngiltərə millisindən gedəcək?

İngiltərə millisinin baş məşqçisi Roy Hodson gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsindən sonra komandadan göndərilə bilər.
Qol.Az-ın "Telegraph"a istinadən verdiyi məlumata görə, bu barədə İngiltərə Futbol Federasiyasının icraçı direktoru Martin Qlen deyib.
O, bildirib ki, yığma "Avro-2016"nın final mərhələsində uğursuz çıxış edəcəyi təqdirdə Hodsonla yollar ayrılacaq: "Hodson yaxşı məşqçidir. Ancaq onun komandası "Avro-2016"nın final mərhələsində uğursuz çıxış edərsə, Hodson yığmanın baş məşqçi vəzifəsində qalmayacaq".
Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində E qrupunda mübarizə aparan İngiltərə millisi keçirdiyi 6 oyunun hamısında qələbə qazanıb. Hazırda 18 xalla turnir cədvəlinə başçılıq edən Hodsonun komandası final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək