"Messinin məşqçi təlimatına ehtiyacı yoxdur" – Qvardiola

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqda növbəti açıqlama verib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, dünyada məşqçi təlimatına ehtiyacı olmayan yeganə futbolçu Messidir:
"Bavariya"da futbolçular mən nə istəyirəmsə, ona görə hərəkət edirlər. Dünyada məşqçi təlimatına ehtiyacı olmayan bir oyunçu var. O da Messidir".
Qeyd edək ki, P.Qvardiola bundan əvvəlki açıqlamasında "Barselona"nın hücumçusu Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























