"Cavidin hərəkətinə bəraət qazandırmaq mümkün deyil" - Vitse-prezident

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov aktual.az saytına müsahibə verib.
İkiqat dünya çempionu jurnalist Rasim Əliyevin ölümünə "Neftçi" klubunun sabiq rəsmisi kimi cavab verib:
"Bu xəbəri dərin təəssüf hissi ilə, böyük sarsıntı ilə qarşıladıq. Allahdan dünyasını dəyişən jurnalist Rasim Əliyevə rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Kaş ki, o ölməyəydi. Cavid Hüseynova gəldikdə isə, onun hərəkətinə bəraət qazandırmaq mümkün deyil. Hazırda o, həbsdədir və məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur. Azərbaycan hüquqi dövlətdir. İdmançı olmaq, hər hansı sahədə tanınmaq heç kəsə qanunları pozmağa, insanların heysiyyatı ilə oynamağa imkan vermir. Heç şübhəsiz, bu məsələ araşdırılacaq və günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























