"Qarabağ" və "Qəbələ" klublarının pley-off sınağı

Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin oyunlarına start veriləcək.
"Report" xəbər verir ki, Azərbaycanın iki klubu bu mərhələdə mübarizəyə qoşulacaq.
Qəbələnin eyniadlı klubu yerli vaxtla 21:00-da Bakının "Bakcell Arena" stadionunda Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunu qəbul edəcək. Ağdamın "Qarabağ" kollektivi isə 23:00-da İsveçrədə "Young Boys" klubunun qonağı olacaq.
Bu gün Avropanın yaşıl meydanlarında, ümumilikdə 20 matç oynanılacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. İki oyunun nəticəsinə görə, klublar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış olacaq.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək