"Mançester Siti"də ciddi itki

"Mançester Siti" ciddi itki ilə üzləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, məşq zamanı zədələnən Pablo Sabaletanın bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Argentinalı müdafiəçi zədələndiyi üçün təəssüfləndiyini deyib:
"12 illik futbolçu karyeram ərzində ilk dəfə belə zədə alıram. Mövsümün əvvəlində bunun baş verməsi çox pis oldu".
Qeyd edək ki, P.Sabaleta 2008-ci ildən "Mançester Siti"də çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























