Useyn Bolt yenidən dünya çempionu olub

Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə Dünya çempionatında 100 metr məsafəyə qaçışın qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, Useyn Bolt 9,79 saniyəyə işin öhdəsindən gəlib və qızıl medal qazanıb.
Dünyanın ən sürətli sprinteri yarışı ikinci pillədə başa vuran ABŞ idmançısı Castin Qetlini 0,01 saniyə qabaqlayıb.
Bolt bu çempionluğu ilə 9-cu dəfə dünya çempionu adına sahib çıxıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























