• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəbələ”dən hər şey gözləmək olar" – Daniel Pranyiç

“Qəbələ”dən hər şey gözləmək olar" – Daniel Pranyiç
25.08.2015 14:48
"Panatinaikos"un futbolçusu Darinel Pranyiç Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi  Qol.Az saytının suallarını cavablandırıb

- Əvvəlcə "Qəbələ” ilə ilk oyununuz haqda danışaq. Matçın favoriti hesab olunsanız da, qələbə qazana bilmədiniz.

- "Qəbələ” bizə tanış rəqib deyil. Bununla belə, yaxşı komanda olduğunu deyə bilərəm. Demək olar ki, bütün mövqelərdə dəqiq oynayırlar. Əsas məqsədimiz Bakıda qol buraxmamaq idi. Buna da nail olduq. Qələbə qazana bilməsək də, qrupa düşəcəyimizə inanıram.

-  "Qəbələ” Bakıda sizə gözlədiyiniz kimi müqavimət göstərdi?

- Rəqib sabit oyun sərgiləmir. Ona görə də onları analiz etmək asan iş deyil. Belə komandalara qarşı oynamaq çətindir. "Apollonla” matçlarını izləmişdim. Çox yaxşı mübarizə aparırdılar. Bilirdik ki, Bakıda işimiz asan olmayacaq.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Biz sadəcə, səfərdə risk etmək istəmədik. Qol vurmaq üçün də çalışdıq, amma rəqib buna imkan vermədi. Sıradan bir komandaya qarşı oynamırdıq. "Qəbələ” Avropa Liqasının pley-off mərhələsində oynayırsa, deməli, asan rəqib deyil. Rəqibimiz  ilk  matçda göstərdiyi oyunla nə qədər təhlükəli olduğunu sübut etdi.

- Yəni cavab matçında "Qəbələ” sizin üçün sürpriz edə bilər?

- Qeyd etdiyim kimi, "Qəbələ” stabil futbol oynamır. Ona görə də onlardan hər şey gözləmək olar. Amma biz buna imkan verməyəcəyik. Yunanıstanda qələbə qazanıb qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq.

- Demək istəyirsən ki, Avropa Liqasının qrupuna düşmək üçün "Qəbələ"nin heç bir şansı yoxdur?

- Bu, futboldur. Hər şey ola bilər. Sadəcə demək istədiyim odur ki, biz şansımızı əldən vermək istəmirik. Doğma meydanda oynayacağıq. Buna görə də bütün diqqətimizi cavab matçına yönəldib, mütləq qol vurmalıyıq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol