• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya çempionu ona yol verməyən qadını güllələdi

Dünya çempionu ona yol verməyən qadını güllələdi
25.08.2015 21:34
Tay boksu üzrə dünya çempionu Oksana Kijnerova Omskun mərkəzində ona yol verməyən avtomobilin qadın sürücüsünə travmatik tapançadan atəş açıb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzindəki Karl Marks prospektində, "Kaskad” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

İdmançı xanım Kristina Eppinqerinin sükan arxasında olduğu maşını ötmək istəyib. Ancaq o, Kijnerovaya yol verməyib, buna cavab olaraq dünya çempionu avtomobilin pəncərəsindən Eppinqerə atəş açıb. Nəticədə zərərçəkən başından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eppinqerin bacısı deyib ki, qız əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Polisdə belə bir insidentin baş verdiyini təsdiqləyiblər. "Xəsarət alan müalicəsini başa çatdıran kimi sağlamlığına dəyən zərər müəyyənləşdirilib prosessual qərar veriləcək”, - regionun Daxili İşlər İdarəsinin mətbuat xidmətinin rəhbəri Larisa Tsıqal deyib.

İdmançı xanımın azadlıqdan məhrum ediləcəyi istisna edilmir. Oksana Kijnerova Rusiyanın tay boksu üzrə yığmasının üzvüdür. 22 yaşlı xanım 2014-cü ildə keçirilən yarışlarda qalib gələrək dünya çempionu olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol