Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu - FOTO

6 oyundan ibarət matç keçirilib.
Avstryada keçirilən "Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov təmsil edirdilər.
Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi.
Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilib. Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.
Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























