• $
  • €
  • ₽
  • ₺
  • £

“Komandamla fəxr edirəm” – Rəşad Sadıqov

“Komandamla fəxr edirəm” – Rəşad Sadıqov
28.08.2015 11:14
"Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, hamımızın birlikdə qazandığımız qələbədir. Bu qələbəyə çox ehtiyacımız var idi”.

Bu sözləri "Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Yanq Boyz”a qalib gələrək (3:0) Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.

Təcrübəli futbolçu  qələbəyə layiq olduqlarını bildirib: "Biz dərk edirik ki, hansı komandanın uğurları üçün çalışırıq. Üzərimizdə olan məsuliyyəti də hiss edərək meydana çıxırıq. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

Meydançanın durumundan danışmaq istəməyən kapitan  gözlədiklərindən daha yaxşı çıxış etdiklərini söyləyib: "Problem hər iki komandaya təsir edirdi. Oyundan qabaq düşünürdük ki, bizim üçün daha çox problem olacaq. Çünki biz daha çox texnikalı futbol nümayiş etdiririk, rəqib isə hava toplarından oynayır”. 

Sadıqov onu da qeyd edib ki, "Yanq Boyz”la qarşılaşma avrokuboklardakı ən yaxşı oyunlarından biridir: " Bütün komanda yoldaşlarımla fəxr edirəm. Lazım olan futbolu oynadılar. Məşqçilər də oyundan qabaq təlimat vermişdilər ki, hesabı qorumaq yox, hücum qurub öz futbolumuzu oynayacağıq. Meydançanın durumuna da fikir vermədik. Sevinirik ki, hər şey yaxşı alındı. Demək olar ki, ən yaxşı oyunlarımızdan birini oynadıq”.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol