Prosineçki: "Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ” və "Qəbələ” klublarını təbrik edib.
ANN.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis bu uğurun Azərbaycan futbolu üçün önəmli hadisə olduğunu vurğulayıb:
"Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. "Qarabağ” və "Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























