• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ"nin baş məşqçisi Avropa Liqasının püşkünü dəyərləndirdi

"Qəbələ"nin baş məşqçisi Avropa Liqasının püşkünü dəyərləndirdi
28.08.2015 23:48
Roman Qriqorçuk: "Bütün rəqibləri səbirsizliklə gözləyirik

"Qrupumuzdakı bütün komandalar avtoritetli və güclüdürlər. Onların hər biri hörmətə layiqdirlər". Bunu "Report"a açıqlamasında "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Avropa Liqasının C qrupunda "qırmızı-qaralar"ın rəqiblərini dəyərləndirib. O bildirib ki, Almaniyanın "Borussiya" (Dortmund), Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubları barədə toplamaq problem deyil: "Hazırda şəxsən mənim üçün və bizə istənilən rəqib haqda informasiya toplamaq asandır. Necə məlumat toplamalı olduğumuzu da bilirik. Hər bir rəqib barədə tam məlumatlıyıq. Ona görə bu sarıdan problemimiz yoxdur".

50 yaşlı mütəxəssis rəqiblərdən hansı ilə erkən qarşılaşmağın önəmli olmadığını da vurğulayıb. O, bütün rəqibləri səbirsizliklə gözlədiklərini bildirib: "Hazırda bütün diqqətlərimiz aralıq müddətdən yaxşı istifadə etməyə, durumumuzu yaxşılaşdırmağa, ustalığımızı artırmağa yönəlib. Ardından Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının IV tur matçına çıxacağıq. Yalnız bunlardan sonra Avroliqa barədə danışacağıq. Bizim üçün ilk turda kiminlə üz-üzə gəlməyin önəmi yoxdur. Onsuz da dekabradək hamı ilə üz-üzə gələcəyik".

R.Qriqorçuk, həmçinin transfer pəncərəsi bağlananadək daha bir futbolçu ilə güclənmək niyyətində olduqlarını diqqətə çatdırıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol