Hollandiya millisində yeni kapitan

Hollandiya millisinin kapitanı dəyişib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə millinin baş məşqçisi Danni Bilind məlumat verib. O deyib ki, bundan sonra kapitanlıq sarğısını Robin van Persi yox, Aryen Robben daşıyacaq:
"Bu qərarı futbolçuların bacarıqlarına görə vermədim. İkisi də komandanın lideri ola biləcək oyunçudur. Biri digərindən üstün deyil. Ancaq van Persi və Aryen Robben fərqli xarakterlərə sahibdirlər. Meydanın hər yerində liderlik edə biləcək bir futbolçuya ehtiyacım var idi. Robbenden kapitan olmağını istədim, o da təklifimi qəbul etdi".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























