• $
  • €
  • ₽
  • ₺
  • £

Xorvatiya yığmasının baş məşqçisi: "İndi daha aqressiv rəqiblə qarşılaşacağıq"

Xorvatiya yığmasının baş məşqçisi: "İndi daha aqressiv rəqiblə qarşılaşacağıq"
31.08.2015 18:26
İnanıram ki, Azərbaycan yığması ilə oyunda istədiyimiz oyunu nümayiş etdirəcəyik

AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisi sabahdan bir araya gələcək. "Report"un Xorvatiya Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Niko Kovaç yetirmələrini Azərbaycan və Norveçlə qarşılaşma üçün hazırlayacaq.
Komanda üzvləri paytaxt Zaqrebdə toplaşacaqlar. Bu gün keçirilən mətbuat konfransında N.Kovaç bildirib ki, həmkarı Robert Prosineçki Azərbaycanda müsbət imic formalaşdırıb: "Orada bizə ağır olacaq. Havanın isti olması da oyuna təsir edəcək. Osiyekdəki görüşlə müqayisədə Prosineçki döyüşkən komanda formalaşdırıb. İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq. Azərbaycanın iki klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması oyunçularının inkişafından xəbər verir. Bununla belə, Xorvatiya millisi qrup lideri kimi məqsədinə çatmaq üçün irəli addımlamalıdır. Biz səfər oyununda qələbəyə ümid edirik".

Baş məşqçinin sözlərinə görə, xorvatiyalı oyunçular Azərbaycanla qarşılaşmaya 100 faiz kökləniblər: "İnanıram ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Norveçlə oyun sonrakı mərhələdədir. İlk növbədə Azərbaycanla qarşılaşmaya hazır olmalıyıq".

N.Kovaç xorvatiyalı azarkeşlərin Bakıya gətirilməməsinə də münasibət bildirib: "UEFA-nın bizim 1 xalımızı sildiyini eşidəndə futbolçularla birgə şoka düşdük. Deyərdim ki, oyunçuların bəziləri indi də şokdadır. Bundan çox təəssüfləndiyimizi bildirirəm. Artıq məsələ ilə bağlı şikayət etmişik və ümid edirəm ki, xalımız geri qaytarılacaq. Dövlət xuliqanlığın qarşısını almaqda kömək etməsə, yenidən eyni problemləri yaşayacağıq".

Qeyd edək ki, sentyabrın 3-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol