• $
  • €
  • ₽
  • ₺
  • £

Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

Şahmatçımız beynəlxalq turnirin qalibi oldu
01.09.2015 11:40
Yarışlar Abu-Dabi şəhərində keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 22–ci beynəlxalq şahmat festivalı başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, festivalda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, ABŞ, İngiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir, Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək zəka ustası iştirak edib. Yarış "Masters”, "Open” və "Juniors” turnirlərindən ibarət olaraq keçirilib.

Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli, Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli, Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil ediblər.

Festivalın "Masters” turnirində iştirak edən Nail Bəşirli, Nərmin Xələfova və Kənan Heydərli hərəyə 4 xal toplayıblar.

"Open” turnirində 8-ci turun oyunları yekunlaşıb. Həmyerlilərimizdən Turan Əsgərova 7 xalla İran təmsilçisi İbrahim Qadiri ilə 1-2-ci yerləri bölüşdürür. Nərmin Söyünlü isə aktivinə 6,5 xal yazaraq 3-7-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 7-ci pillədə qərarlaşıb. Vüqar Manafov və İsmayıl İsmayılzadə hərəyə 6 xalla 11-12-ci yerləri bölüşdürürlər.

Festivalın "Juniors” turniri başa çatıb. Yeddi turdan ibarət keçirilən yarışda həmyerlilərimiz Səid Rəfili və Vüqar Manafov hərəyə 6,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Səid Rəfili əlavə göstəricilərə görə, turnirin qalibi adını qazanıb. Qalibdən 1 xal az toplayan Adnan Əliyev, Fərid Mustafayev, Rəfail Manafov və Mətin Mürsəlli ilk onluqda yer alıblar.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol