• $
  • €
  • ₽
  • ₺
  • £

Prosineçki: "Xorvatiya ilə oyunda uğurlu nəticə əldə edəcəyik"

Prosineçki: "Xorvatiya ilə oyunda uğurlu nəticə əldə edəcəyik"
01.09.2015 16:38
Futbolçular əllərindən gələni edirlər

"Komandada hamı sağlamdır. Dünən axşamdan bütün futbolçular bir yerdədir. Legionerlərimiz Dmitri Nazarovla Eddi İsrafilov da komandaya qoşulub". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, Xorvatiya ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi bu gün tam heyətlə məşq olacaq: "Əsas odur ki, millidə zədəli futbolçu yoxdur. Hamı sağlamdır və məşq prosesindən razıyam. Futbolçular əllərindən gələni edirlər".

R.Prosineçkinin sözlərinə görə, vacib oyun öncəsi Vaqif Cavadovun "Qəbələ"yə keçməsi onu maraqlandırmır: "Millimizi vacib oyun gözləyir. Avropanın güclü komandası gəlir. Çox çətin rəqiblə qarşılaşacağıq. Amma mən öz komandama inanıram. İnanıram ki, sentyabrın 3-də güclü komandaya qarşı yaxşı oynayaraq, uğurlu nəticə əldə edəcəyik".

Baş məşqçi deyib ki, sentyabrın 3-də "Bakcell Arena"da Xorvatiya millisi ilə keçiriləcək qarşılaşmanın start heyətindəkilərin 90 faizi öz klublarında əsas heyətdə çıxış edənlərdən ibarət olacaq. Komandada ümumi ab-havanı müsbət dəyərləndirən R.Prosineçki 2 itkinin olduğunu söyləyib: "Maksim Medvedev zədə, Cavid Hüseynov məlum səbəbdən millimizə kömək edə bilməyəcək. Hazırda məni yalnız bu oyun maraqlandırır. İlk oyunu analiz etmişəm. Məqsədimiz odur ki, 0:6 hesabı ilə bitən matçdakı səhvləri təkrarlamayaq. Son 2 oyunda komandamız gözəl oyun ortaya qoyub. 

Xorvatiya futbolunu çox gözəl tanıyıram. Futbolçularının hansı klublarda çıxış etmələrindən xəbərdaram. Amma buna baxmayaraq, futbolçularıma inanıram və işim komandanı oyuna 100 faiz hazırlamaqdan ibarətdir".


Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol