"Mançester Yunayted" dünya futbolunun tarixinə düşdü

19 yaşlı futbolçu üçün 49 milyon avro ödənilib
İngiltərənin "Mançester Yunayted" klubu dünya futbolunun tarixinə düşüb. "Report"un məlumatına görə, Mançester təmsilçisi buna 19 yaşlı futbolçuya yüksək transfer məbləği ödəməklə nail olub.
Lui Van Qaalın komandası "Monako"da çıxış edən Antoni Martialın keçidi üçün 49 milyon avro ödəyib. Bu isə bu yaşda olan bir futbolçuya ödənilən ən böyük transfer məbləğidir.
Artıq tərəflər münasibətlərini rəsmiləşdirib. Gənc futbolçu hücum xəttinin hər iki cinahında oynamaq üstünlüyünə sahibdir.
Qeyd edək ki, Antoni Martial 2 il əvvəl 3,7 milyon avro müqabilində "Lion"dan "Monako"ya transfer edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























