“90 dəqiqə çalışdıq, bunu edə bilmədik”- Niko Kovaç

Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir.
"Qafqazinfo” xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisi evdə Xorvatiya ilə 0:0 bərabərə qalıb.
Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Niko Kovaç mətbuat konfransı keçirib. Mütəxəssis heç-heçəni belə şərh edib:
- Biz 90 dəqiqə qol vurmaq üçün çalışdıq. Amma bunu edə bilmədik, üstünlük bizdə idi. Azərbaycan düzgün müdafiə olundu. Prosineçkinin gəlişindən sonra irəliləyiş hiss olunur.
- Bu gün komandanızın hücum xətti zəif təsir bağışladı. Mancukiç bir çox şansdan yararlana bilmədi. Rəqibi dəyərləndirməmişdi, ya necə?
- Bir neçə futbolçu şansdan istifadə edə bilmədi. Azərbaycan düzgün müdafiə olunmuşdu. Amma oyun boyu 8-9 şansdan istifadə edə bilmədik.
- Millimizin pley-off şannslarını necə dəyərləndirərdiniz?
- 5 xalınız var. Fikrimcə, bu, çox çətin olacaq. Amma yanıla da bilərəm.
- Modriçin tez əvəzlənməsi nə ilə bağlıdı?
- Bizi 3 gündən sonra çətin oyun gözləyir. Ona görə Modriçi əvəzlədim. Sonda fürsətdən istifadə edib, millinizi təbrik edirəm. 1 xala layiq idiniz.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























