• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov: "Maltada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"

Rəşad Sadıqov: "Maltada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"
04.09.2015 19:43
Xorvatiya ilə heç-heçəni bayram etməyə vaxt olmadı

 "Bizi səfərdə çətin oyun gözləyir". Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. 

O, millinin sentyabrın 6-da AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcəyi Malta millisinin əvvəlki illərdə olduğu kimi oynamadığını bildirib: "Rəqib daha aqressiv, özünə inamlı çıxış edir. Baş məşqçiləri Pietro Gedin italiyalıdır. Çox yaxşı müdafiə olunur, pressinq tətbiq edirlər. Ola bilər, qrupda az xal yığıblar. Amma diqqət yetirsək, İtaliyaya həm evdə, həm də səfərdə minimal hesabla uduzublar. Bolqarıstanla matçda da 0:1 hesabı ilə məğlub olublar. Bakıda bizim özümüzə ilk yarıdan sonra çox ağır anlar yaşatdılar". 

Təcrübəli müdafiəçinin fikrincə, millii və klub səviyyəsində asan beynəlxalq oyun olmur: "Uda da bilərsən, uduza da... Düzdür, dünən Xorvatiya ilə qarşılaşmada yaxşı nəticə əldə etdik. Amma bayram etməyə vaxt olmadı. Çünki bizi çox ağır sınağın gözlədiyini komanda şəklində dərk edirik. Bizdən tələbləri də, gözləntiləri də başa düşürük. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə alınsın". 

Qeyd edək ki, Ta Qali Milli Stadionunda keçiriləcək Malta - Azərbaycan matçı saat 21:00-da başlanacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol