Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki Konfransı keçirilib.
"Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin tanınmış cüdoçuların da qatıldığı toplantıda yeni federasiya prezidenti müəyyənləşib.
Bu vəzifəyə yeganə namizəd olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev yekdilliklə seçilib.
Qeyd edək ki, ACF-nin əvvəlki prezidenti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























