• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki idmançımız olimpiadaya qatılacaq

Daha iki idmançımız olimpiadaya qatılacaq
06.09.2015 17:30
Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.  Azərbaycan Milli Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən Dünya çempionatında imza atıblar.

Bu gün 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb. Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər Rio-2016-da iştirak hüququna yiyələniblər.

Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiya təsnifat reqatasının A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı.

Ümumilikdə, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Üstəlik, lisenziyalar London olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol