• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Hollandiyanı məğlub etdi

Türkiyə Hollandiyanı məğlub etdi
07.09.2015 09:48
"Avro-2016”nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutub.

A qrupunun lideri İslandiya öz meydanında autsayder Qazaxıstanı qəbu edib. İslandiya bu görüşdə qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərdi. Lakin görüşdə qapılara qol vurulmayıb. Qrup ikincisi Çexiya səfərdə Latviyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Qrupun maraq doğuran görüşü Türkiyədə keçirilib. Burada yerli Türkiyə millisi Hollandiyanı sınağa çəkib. Üçüncü pillə uğrunda mübarizədə Fatih Terimin komandasını yalnız qələbə qane edirdi ki, "ay-ulduzlu”lar bunu bacarıb. Görüş türklərin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

B qrupunun lideri olan Uels öz meydanında İsraillə münasibətlərinə aydınlıq gətirib. Oyunda qapılara qol vurulmayıb.
 
Qrup ikincisi Belçika isə səfərdə Kiprin qonağı olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Qrupun digər matçında Bosniya və Hersoqavina yığması öz meydanında autsayder Andorranı məğlub edib – 3:0.

Qeyd edək ki, C, D, E, F, G və İ qruplarının oyunları bu gün və sabah axşamı keçiriləcək.

6 sentyabr

"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur

A qrupu

21:00. Türkiyə - Hollandiya - 3:0
Qollar:  Oğuzhan Özyakub, 8 (1:0), Arda Turan, 26 (2:0), Burak Yılmaz, 86 (3:0)

21:00. Latviya - Çexiya  - 1:2
Qollar: Limberski, 13 (0:1), Darida, 25 (0:2), Zijuzins, 72 (1:2)


23:45. İslandiya - Qazaxıstan 0:0

B qrupu

21:00. Uels - İsrail - 0:0

23:45. Kipr - Belçika 0:1
Qol: Eden Hazard, 86

23:45. Bosniya və Hersoqavina - Andorra 3:0
Qollar: Bicakcic, 44, Dzeko, 30, Lulic, 45


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol