Kovaç Azərbaycan ilə heç-heçəyə görə işini itirəcək

Futbolçular məşqçinin taktikasından narazıdırlar.
Niko Kovaç yaxın günlərdə Xorvatiyanın futbol üzrə yığmasının baş məşqçisi vəzifəsindən azad ediləcək, bunu "Sportski Jurnal” iddia edir, Oxu.Az xəbər verir.
Səbəb komandanın qeyri-qənaətbəxş nəticələridir.
Xorvatlar Euro-2016-nın seçmə turunda Azərbaycan ilə (0:0) heç-heçə oynayıblar və Norveçə (0:2) məğlub olaraq H qrupunda üçüncü yerə eniblər.
Bundan başqa, futbolçuların "Real”ın yarımmüdafiəçisi Luka Modriç ilə gərgin münasibəti olan məşqçinin taktikasından razı qalmadıqlarına dair şayiələr də gəzir.
Qərarın yerli futbol ittifaqının yaxın iclaslarının birində qəbul ediləcəyi gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























