• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəbələ”nin etdiyi kiçik möcüzədir” – Roman Qriqorçuk

“Qəbələ”nin etdiyi kiçik möcüzədir” – Roman Qriqorçuk
08.09.2015 15:08
"Qəbələ”nin Avropa Liqasının qrupuna düşməsi ilk növbədə düzgün işin nəticəsində mümkün olub. Qrupa vəsiqə qazanmaq üçüb çətin yol keçdik. Özü də bu, tamamilə yeni bir komandadır”.

Qol.Az-ın xəbərinə görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının Avropa Liqasındakı uğurlu çıxışını Ukraynanın Odessa şəhərinin "Reportyor” kanalına şərh edərkən bildirib.

"Dörd mərhələ keçmək olar. Sadəcə, biz çox yaxşı və doğru işlədik. Komanda iyunun 21-də toplandı. O vaxt futbolçularımız məxtəlif durumda idilər. Elələri vardı ki, yarım ildi futbol oynamırdılar. Bəziləri isə iyunun 21-dən sonra komandaya qoşuldular. Sonra isə komanda yavas-yavaş forma yığmağa başladı. Tanrıya şükür ki, bizdə hər şey alındı, getdikcə gücləndik. Məntiqlə bundan sonra "Qəbələ” üçün daha rahat olmalıdır. Çünki indi komanda həm funksional, həm də oyun baxımından əla vəziyyətdədir” – deyə R.Qriqorçuk bildirib.

Ukraynalı mütəxəssis qrupa vəsiqə qazandıqdan sonra "Qəbələ”nin transfer etdiyi üç futbolçunun durumundan da danışıb. "Biz onlara ümid bəsləyirik. İndi ən vacibi bu futbolçuların lazımi formaya düşməsidir. Hələ çox yaxşı vəziyyətdə deyillər. Bizə lazımdı ki, onlar tezliklə heyətə düşə bilsinlər”.

R.Qriqorçuk "Qəbələ”nin uğurlarına görə futbolçularına və klubun rəhbərliyinə təşəkkür edib. "Klubun rəhbərliyi lazimi futbolçuların alınması üçün hər şeyi etdi, komandaya yüksək şərait yaratdı”.

Ukraynalə mütəxəssis qeyd edib ki, "Qəbələ” qrupa düşsə də, klub rəhbərliyi bundan sonra da uğur qazanılmasını istəyir: "Dəqiq bilirəm ki, mənim rəhbərliyim bu uğurlarla qane olmaq istəmir. Onlar daha da irəli getməyi hədəf qoyublar. Amma biz eyforiyaya qapılmamalıyıq. "Qəbələ”nin etdiyini kiçik möcüzə də adlandırmaq olar. Futbolda belə hallara az halda rast gəlinir. Hərçənd biz artıq sakitləşməliyik. Əsas odur ki, bundan sonra formaslaşdırdığımız oyunu qoruya bilək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol