Braziliyalı futbolçu "Neftçi"də

"Neftçi"nin transfer etmək istədiyi braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi bu gün "ağ-qaralar"ən səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə "Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 23 yaşlı Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika” (2011-2012), Bolqarıstanın "Botev” (2012-2014) və Portuqaliyanın "Trofense” (2014-2015) klublarında çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























