• $
  • €
  • ₽
  • ₺
  • £

FİDE Harri Kasparovu 500 min dollar rüşvətə görə cəzalandıracaq

FİDE Harri Kasparovu 500 min dollar rüşvətə görə cəzalandıracaq
08.09.2015 16:59
XIII dünya çempionu Harri Kasparovla Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sabiq baş katibi İqnatius Leonq təşkilatın mənəvi kodeksini pozmaqda günahkar biliniblər. 

"Report"un məlumatına görə, bu barədə FİDE-nin Etika Komissiyası qərar qəbul edib.

"Şəxs və ya təşkilat şahmat partiyasının, yaxud FİDE-də hər hansı vəzifəyə seçkinin nəticəsinə təsir etməkdən ötrü birbaşa, yaxud dolayısı ilə rüşvət təklif etdikdə, rüşvət götürdükdə kodeks pozulmuş sayılır", - sənəddə bildirilir. 

Etika Komissiyası yaxın vaxtlarda H.Kasparovla İ.Leonqu FİDE-nin rəsmi tədbirlərinə baş çəkməkdən məhrum edə, habelə onları pul cəriməsinə məruz qoya bilər. 
Qeyd edək ki, söhbət ötənilki FİDE prezidenti seçkisindən gedir. Həmin vaxt Harri Kasparov İqnatius Leonqa Sinqapurdan səs alması müqabilində 500 min dollar ödəyib. Anlaşmaya əsasən, İ.Leonq Asiya qitəsi üzrə federasiyalardan H.Kasparovun 10+1 sayda səsini təmin etməli imiş. Amma dünya çempionu seçkidə uduzub. FİDE prezidenti postuna isə Kirsan İlümjinov yenidən seçilib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol