• $
  • €
  • ₽
  • ₺
  • £

FİFA "Barselona"nı növbəti dəfə cəzalandıra bilər

FİFA "Barselona"nı növbəti dəfə cəzalandıra bilər
10.09.2015 21:19
FİFA "Barselona"nı növbəti dəfə cəzalandıra bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən  yaydığı xəbərə görə, FİFA "Barselona"nın aşağı yaş qruplarına etdiyi transferlərlə bağlı apardığı 2-ci araşdırmanı tamamlayıb.

Bildirilir ki, dünyanın ali futbol qurumu "Barselona"nın 18 yaşından kiçik futbolçuların transferində hələ də bəzi qayda pozuntularına yol verdiyi qənaətinə gəlib. Kataloniya klubunun bəzi futbolçulardan imtina etməsi bu iddiaları daha da gücləndirib.

"La Masia"dakı 31 futbolçusu haqqında böyük bir araşdırma aparan FİFA-nın  oyunçuların qaydalara uyğun transfer edilib-edilmədiklərini təyin edəcək. Araşdırmanın nəticəsindən sonra "Barselona"nın ikinci cəza alıb-almayacağını müəyyənləşəcək.

Klubun qayda pozuntularına yol verdiyi təsdiqini taparsa, kluba ikiqat ağır cəza veriləcəyi gözlənilir.

 
Qeyd edək ki, "Barselona"nın "La Masia"dan 5 gənc futbolçunu uzaqlaşdırdığı iddia edilib. Bunlardan Fofana, Lakava, Lederman, Patris və Yanq Ceol Hinin ölkələrinə göndərildiyi bəlli olub. "Koreyalı Messi" kimi tanınan 17 yaşındakı Li Sun Vunun da göndəriləciyi bildirilir.

Xatırladaq ki, FİFA ötən mövsüm 18 yaşından kiçik futbolçuların transferində qayda pozuntularına yol verdiyinə görə  "Barsa"ya 1 illik transfer adağası qoyub. Bu cəza yanvar ayında başa çatır.

 
Transferləri ilə bağlı araşdırma aparılan futbolçular:

Li Sun Vu - (Cənubi Koreya)
Yanq Ceol Hi - (Cənubi Koreya)
Paik Sun Ho - (Cənubi Koreya)
Habib Omobolaji Adenkaye - (Hollandiya)
Patris Susia - (Kamerun)
Martines Riva - (Dominikan)
Olivier Mussima Ebongue - (Kamerun)
Ondoa Eboqo - (Kamerun)
Aleksis Yves Meva - (Kamerun)
Mamadu Tounkara - (Seneqal)
Mamoudo Diallo Ba - (Seneqal)
Brahimi Fati - (Qvineya)
Georgios Spanoudakis - (Almaniya)
Ben Lederman - (ABŞ)
Labinot Kabaşi - (Finlandiya)
Mohamed El Ouriaxi - (Mərakeş)
Anas Serroukh- (Mərakeş)
Mustafa Sek - (Seneqal)
Ayoub Abou Oulam - (Mərakeş)
Teo Sendri - (Fransa)
Josimar Quintero Quintero - (Ekvador)
Xuan Kruz Aquero Nunyes - (Argentina)
Erik Feriqra Brurham - (Ekvador)
Tuqarinov - (Rusiya)
El Kabbou - (Mərakeş)
Assuname Fati - (Ekvatorial Qvineya)
Takefusa Kubo - (Yaponiya)
Haitam Abaida - (Mərakeş)
Moriba Kouroma Madiko - (Qvineya)
Kays Ruiz Atil - (Fransa)
Abdul Mazid Diallo - (Qvineya

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol