• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 4 güləşçimiz Dünya Kubokunda mübarizəyə qoşulur

Daha 4 güləşçimiz Dünya Kubokunda mübarizəyə qoşulur
11.09.2015 11:06
Bu gün ABŞ-ın Las Veqas şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulacaq.

 "Report"un məlumatına görə, qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Çempionatın 5-ci günündə ilk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri isə ertəsi gün səhər saat 06:30-da başlayacaq.
60 kq
1/8 final. İrina Netreba - Hafize Şahin (Türkiyə)
61 kq
1/8 final. Andrey Perpelita (Moldova) - Hacı Əliyev
86 kq
1/16 final - Halil Zubairov (Makedoniya) - Məhəmmədhacı Xatiyev
97 kq
1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (Belarus)

Hələlik Azərbaycan qədər yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Rio-2016-ya lisenziya əldə edib. Yunan-Roma güləşçilərindən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş və Yuliya Ratkeviç (58 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol