• $
  • €
  • ₽
  • ₺
  • £

Polo üzrə Azərbaycan millisi Avropa çempionatının qalibi olub

Polo üzrə Azərbaycan millisi Avropa çempionatının qalibi olub
13.09.2015 09:30
Sentyabrın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), "Elit Atçılıq və Polo” klubunun və "World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə birinci Avropa çempionatına yekun vurulub.

APA-nın verdiyi xəbərə görə, polo üzrə Azərbaycan millisi  Avropa çempionatının finalında Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edərək birinci yeri tutub.
 
Çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar da keçirilib. Günün ilk qarşılaşmasında meydana çıxan İtaliya komandası İsveçrə seçməsini 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatında beşinci yerə sahib olub. İkinci görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olaraq turnirdə üçüncülüyə yiyələniblər.
 
Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib olublar. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb.
 
Azərbaycan seçməsinin üzvü Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib.
 
Sentyabrın 4-dən 12-dək keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol