• $
  • €
  • ₽
  • ₺
  • £

Fabiano Karuana: "Rauf Məmmədovla görüşdə favorit göstərilməyim düz olmaz"

Fabiano Karuana: "Rauf Məmmədovla görüşdə favorit göstərilməyim düz olmaz"
14.09.2015 13:07
Bakıda da qələbə qazanmaq istəyirəm

"Əvvəllər də Azərbaycanda olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam". "Report"un məlumatına görə, bunu Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında şahmat üzrə Bakıda keçirilən "Dünya Kuboku-2015"in iştirakçısı Fabiano Karuana deyib.

Kubokun 1/32 final mərhələsində Rauf Məmmədovla üz-üzə gələcək italyan əsilli ABŞ təmsilçisi təşkilatçılıqdan razı qaldığını söyləyib. O ilk mərhələdə asan qələbə qazandığını bildirib: "Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm. Raufla görüşdə favorit göstərilməyim düz olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan. Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə hər ikimiz üçün çətin olacaq".

Dünyanın 5-ci şahmatçısı olan və yüksək reytinqinə görə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanan Karuana Bakıda da uğur qazanmaq niyyətində olduğunu söyləyib: "Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol