• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yığması reytinq siyahısında irəlilədi

Azərbaycan yığması reytinq siyahısında irəlilədi
14.09.2015 17:13
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda qitənin 47 komandası yer alıb.

Faiq Qarayevin çalışdırdığı Azərbaycan yığması aktivindəki xalların sayını 252-yə yüksəltməklə, ilk "onluğa” daxil olub. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyərək, 10-cu pillədə qərarlaşan komandamız Çexiya və Fransanı arxada qoyub.

Millimizin hesabındakı 252 xalın 44-ü Bakıda keçirilən I Avropa oyunlarındakı nəticələrə görə əldə olunub. 72 xal AVRO-2013-də, 84 xal AVRO-2011-də, 32 xal DÇ-2014-ün seçmə, 10 xal isə London-2012-nin təsnifat mərhələsində qazanılıb.

Cədvəlin ilk pilləsində isə mövqeyini qoruyan Rusiya qərarlaşıb – 326 xal. Serbiya (324) yeni ikinci olduğu halda, Avropa çempionatındakı rəqiblərimizdən Türkiyə (320) üçüncü yerə qalxıb.

AVRO-2015-dəki digər rəqiblərimizdən Belçika (260) yenə 8-ci olduğu halda, Avropa Liqasını qazanan Macarıstan 4 rəqibini arxada qoyub. Onlar hazırda 18-cidi.

Cədvəldə yer almayan ölkələr siyahısında Ermənistan da var.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını 4-cü yerdə bitirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol