• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına çıxacaqlar

“Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına çıxacaqlar
17.09.2015 09:00
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, təmilçimiz "Qəbələ” də ilk oyununa çıxacaq. Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.

Qrup mərhələsinə qədər "Dinamo” (Gürcüstan), "Çukariçki” (Serbiya), "Apollon” (Kipr) və "Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıraraq təsnifat mərhələsində uğurlu çıxış göstərən "Qəbələ” eyni uğuru qrup mərhələsində də davam etdirmək niyyətindədir.Təmsilçimizin heyətində zədəli Rafael Santosun yoxluğu ciddi itki hesab oluna bilər. Əvəzində isə yeni transferlər, elə PAOK-dan transfer edilmiş Fakundo Pereyra və "Xəzər Lənkəran”dan icarəyə götürülmüş Vaqif Cavadov baş məşqçinin şans verəcəyi təqdirdə oynaya biləcəklər.

Çempionumuz "Qarabağ"  isə Londonda "Tottenhem”in qonağı olacaq. Artıq ardıcıl ikinci dəfə bu mərhələdə çıxış edən ağdamlılar bu cəhdlərində ötənilki nəticəsini yaxşılaşdırmaq üçün oynayacaq. Şübhəsiz ki, "Qarabağ”ın rəqibi çox güclüdü. Üstəlik, səfər amili "Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir.

Uzun müddətdi zədən səbəbindən yaşıl meydanlardan uzaq düşən Maksim Medvedevin sıraya dönməsi və oynamağa hazır olması Qurban Qurbanovun "əlini gücləndirən” amillərdəndir. Heç vaxt bu qədər geniş heyətlə oynamayan Ağdam klubunda yeni transferlər Miçel və Armenteros da şans veriləcəyi təqdirdə özlərini göstərə biləcəklər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

22:00. "Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)

Bakı. "Bakcell Arena”.

00:05. "Tottenhem” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)

London. "Uayt Hart Leyn”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol