• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ" klubu azarkeşlərin metro ilə qayıda bilməyəcəyini nəzərə almayıb

"Qəbələ" klubu azarkeşlərin metro ilə qayıda bilməyəcəyini nəzərə almayıb
17.09.2015 13:44
Fariz Nəcəfov: "Düzü, "Bakı Metropoliten"inə müraciət etməmişik

Bu gün Avropa Liqasının qrup mərhələsində "Qəbələ" və "Qarabağ" ilk oyunlarını keçirəcək. "Report"un məlumatına görə, "Qarabağ" İngiltərənin paytaxtı Londonda "Tottenhem"lə qarşılaşacağından, ölkə daxilində əsas azarkeş marağı "Qəbələ"nin Yunanıstan PAOK-u ilə keçirəcəyi görüşə yönəlib.

"Bakcell Arena"da keçiriləcək oyunun saat 22:00-da start götürəcəyini nəzərə alsaq, azarkeşlər matçdan sonra problemlə üzləşə bilər. Bakıda ən çox istifadə edilən ictimai nəqliyyat vasitəsi metro saat 00:00-dək fəaliyyət göstərir. Oyunun keçiriləcəyi stadiona ən yaxın metro stansiyaları "Xalqlar Dostluğu" və "Neftçilər"dir ki, bu da ən azı 10-15 dəqiqəlik məsafədə yerləşir. Yəni azarkeşlərin evə metro ilə qayıtmaq istəyi alınmayacaq. Nəticədə stadionu ya taksi ilə, ya gecə yarısı hərdən bir gələn avtobusla, ya dost-tanışa məxsus avtomobillərlə, ya da 10-15 dəqiqə tez tərk etmək lazım gələcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda milli komandanın oyunu keçirilən zaman "Bakı Metropoliteni" QSC iş qrafikini yarım saat və ya 1 saat müddətində artırır. Lakin bu gün iş qrafikinin artırılması planda yoxdur. Bu barədə "Report"a açıqlamasında "Bakı Metrpoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Təbii ki, metropolitenin iş qrafikini müəyyən müddətə artırması üçün klub tərəfindən müraciət olunmalıdır. "Qəbələ"dən isə belə müraciət edilməyib. Klubun vitse-prezidenti Fariz Nəcəfov "Report"a açıqlamasında bu məqamı nəzərə almadıqlarını etiraf edib: "Düzü, "Bakı Metropoliten"inə müraciət etməmişik. Amma bu oyunda azarkeşlərin metroya çatmasında problem yaşanarsa, növbəti ev oyunumuzda bu amili nəzərə alacağıq".

Onu da qeyd edək ki, "Qəbələ" ikinci ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacağından, matçdan sonra heç bir nəqliyyat problemi yaşanmayacaq. Lakin dekabrın 10-da keçiriləcək Rusiya "Krasnodar"ı ilə sonuncu ev oyunu yenə saat 22:00-da start götürəcək. Yəqin ki, dekabrın soyuğunda azarkeşlər nəzərə alınar...

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol