Kosovanın məsələsi marta qaldı

Kosova Futbol Federasiyasının UEFA-ya üzv olmaq üçün ərizə ilə müraciət edib.
Apasport.az saytının məlumatına görə, UEFA-nın 17-18 sentyabrda Maltda keçirilən iclasında bu məsələ gündəliyə daxil edilmişdi.
Kosovanın UEFA-ya üzvlük məsələsinə qurumun növbəti konqressində baxılacağı bildirilib.
UEFA-nın növbəti konqresi isə 2016-cı ilin 23 martında Budapeştdə keçiriləcək.
Kosova DÇ-2018-in seçmə mərhələsində iştirak etmək niyyətindədi. Ancaq bunun üçün əvvəlcə Kosovanın UEFA-ya, daha sonra isə FİFA-ya üzv qəbul olunması vacibdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























