"Qalatasaray"ın hücumçusu bir aylıq sıradan çıxdı

"Trabzonspor"la oyunda (1:0) zədələnən "Qalatasaray"ın hücumçusu Burak Yılmazın durumuna aydınlıq gəlib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu bu gün tibbi müayinədən keçib.
Türkiyə yığmasının üzvünün ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Burak Yılmaz qarşıdakı 1 ay müddətində superliqada "Qaziantepspor", "Başakşəhər", "Gənclərbirliyi" və "Fənərbaxça", Çempionlar Liqasında isə "Astana" və "Benfika" ilə görüşlərdə meydana çıxa bilməyəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























