Fergüssondan ulduz futbolçuları qəzəbləndirəcək açıqlama

"26 illik məşqçilik karyeramda cəmi dörd dünya səviyyəli futbolçu gördüm”
"Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüsson özünün yeni çapdan çıxan xatirələr kitabında maraqlı etiraflar edib.
Qol.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o, 26 illik məşqçilik karyerası ərzində onun rəhbərliyi altında cəmi dörd dünya səviyyəli futbolçunun oynadığını yazıb.
"Hazırda müasir futbolda iki dünya səviyyəli oyunçu var: Messi və Ronaldo. "Mançester Yunayted”ə gəlində, mən 26 illik rəhbərliyim altında oynamış futbolçuları tənqid etmək və ya aşağılamaq istəmirəm. Amma qeyd etməliyəm ki, onların sırasında yalnız dörd futbolçu - Erik Kontona, Rayan Giggz, Pol Skoulz və Kriştiano Ronaldo dünya səviyyəli futbolçu olublar. Onların arasında Ronaldo şam ağacındakı bəzək kimi idi” – deyə Fergüsson yazıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























