Ançelotti "Liverpul"u çalışdıra bilər

Madrid "Real”ının sabiq baş məşqçisi Karlo Ançelotti yenidən İngiltərədə çalışa bilər.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Liverpul” rəhbərliyi ilə danışıq aparır.
İngiltərə klubunun rəhbərliyi hazırkı baş məşqçi Brendan Rocerslə yolları ayırmaq qərarına gəlib. Bu barədə Britaniya mətbuatı yazıb. Hazırda Rocersin komandası 6 matçda 8 xal toplayıb ki, bu nəticə rəhbərliyi qane etmir.
Ançelotti "Liverpul”un təklifini qəbul edərsə, yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, vaxtilə "Yuventus”, "Milan” "Çelsi”, PSJ, "Real” və digər klubları çalışdırmış 56 yaşlı mütəxəssis hazırda işsizdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























