"Barselona" "Bayer"ə, "Bavariya" "Dinamo"ya qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında oyunlar keçiriləcək.
E qrupunda turnirin son qalibi "Barselona" öz meydanında "Bayer"i (Leverkuzen) qəbul edəcək. "Roma" isə səfərdə BATE-nin qonağı olacaq.
F qrupunda "Bavariya" doğma azarkeşləri önündə "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq. İlk görüşdə "Dinamo"ya uduzan "Arsenal" bu tur evdə "Olimpiakos"la üz-üzə gələcək.
G qrupunda "Çelsi" Portuqaliyada "Portu"nun qonağı olacaq. Kiyev "Dinamo"su isə səfərdə "Makkabi" (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirəcək.
H qrupunda "Lion" doğma azarkeşləri önündə "Valensiya"nı sınağa çəkəcək. "Gent" isə Peterburqda "Zenit"in qonağı olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin qalan 8 oyunu sabah keçiriləcək.
29 sentyabr
Çempionlar Liqası, qrup mərhələsi
E qrupu
23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)
23:45. BATE (Belarus) - "Roma" (İtaliya)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























