Messi: "Ən yaxşı formada qayıtmalıyam"

"Barselona"nın futbolçusu Lionel Messi zədəsi ilə bağlı ona dəstək olan insanlara təşəkkür edib.
Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu özünün "Facebook" hesabından bununla bağlı yazıb:
"Mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Yaşıl meydanlardan uzaq qalmaq pis durumdur. İndi tez bir zamanda sağalıb ən yaxşı formada futbola qayıtmağa çalışacam".
Qeyd edək ki, İspaniya La Liqasında "Las Palmas"a qarşı matçda zədələnən L.Messi 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























