• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yığmasının kapitanı karyerasını başa vurub

Azərbaycan yığmasının kapitanı karyerasını başa vurub
30.09.2015 11:33
Azərbaycan millisinin kapitanı Oksana Kurt (Parxomenko) karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyada keçirilən Avropa çempionatı 31 yaşlı voleybolçu üçün son yarış olub.
 
Kurtun karyerasını bitirməsində yığmanın zəif çıxışının hansısa rolu olmayıb. Təcrübəli toppaylayıcı hələ yarışa yollanmamışdan bu qərarını açıqlamışdı.
 
Bir qədər əvvələ getsək, Oksana DÇ-2014-dən sonra bacısı Yelena Parxomenko ilə birgə milli ilə vidalaşdığını demişdi. Lakin Faiq Qarayevin xahişi ilə yenidən əsas komandaya kömək etməyə qərar verən setter bu dəfə ümumiyyətlə karyerasına bitirib. Bunda əsas səbəb Oksananın xroniki zədələrinin olması və bir çox matçlara ağrıkəsici iynələrlə çıxmasıdı. Ondan fərqli, 33 yaşlı Yelena milliyə dəvət almasa da, daha 1 il "Azəryol”a kömək etdikdən sonra karyerasına nöqtə qoyacaq.
 
Kurt voleybolçu kimi meydança ilə vidalaşmağına baxmayaraq, onun üçün doğma olan "Azərreyl”də işini davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, Oksana "dəmiryolçular”da menecer vəzifəsini icra edəcək. O, bu postda sabiq komanda yoldaşı Yelena Şabovtanı əvəzləyəcək.
 
Qeyd edək ki, 1998-ci ildən milliyə dəvət alan Oksana əsas komandada 200-ə yaxın matçda forma geyinib. O, "Neftyağ” (1999-2000), "Yeşilyurt” (2000-2001, Türkiyə), "Azərreyl” (2001-2007, 2007-2008, 2011-2015 (son 2 mövsümdə komanda "Azəryol” adlanıb)), "Volero” (2007, İsveçrə), "Fənərbaxça” (2008-2009, Türkiyə) və "Dinamo” (2009-2011, Rusiya, Moskva) klublarının şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu (2003,      2004, 2005) olan Kurt İsveçrə (2007) və Türkiyə (2009) çempionatlarının qalib adını qazanıb, Rusiya Kubokunu (2009) başı üzərinə qaldırıb. Parxomenko həmçinin "Azərreyl”lə Top-komandalar kubokunun (2002) da qızıl medalına yiyələnib.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol