Qvardioladan yeni rekord

Çempionlar Liqasının qrup mərhələsində "Dinamo" (Zaqreb) ilə keçirilən oyun (5:0) "Bavariya"nın baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis turnirdə yeni rekorda imza atıb.
Qvardiola komandası Çempionlar Liqasında oyunun fasiləsinə 4 top fərqi ilə yollanan məşqçi kimi tarixə düşüb. "Dinamo" ilə oyun Qvardiolanın turnirdə 4-cü belə uğuru olub. 44 yaşlı mütəxəssis bu göstəricidə "Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Fergüssonu geridə qoyub.
Qeyd edək ki, Fergüssonun rəhbərlik etdiyi komanda 3 dəfə Çempionlar Liqasında ilk hissəni 4 top fərqi ilə başa vurub.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək