Ronaldo Messini geridə qoydu

Çempionlar Liqasının qrup mərhələsində "Malmö" ilə oyun (2:0) "Real"ın futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu İsveçdə baş tutan görüşdə dubl edib.
Bu, Ronaldonun Çempionlar Liqasında 22-ci dublu olub. 30 yaşlı futbolçu bu göstəricidə "Barselona"nın hücumçusu Lionel Messini (21) geridə qoyub. İlk üçlüyü 14 dublla "Real"ın canlı əfsanəsi Raul Qonzales tamamlayır.
Qeyd edək ki, "Malmö" ilə oyunda vurulan qollar Ronaldonun karyerası ərzində 501-ci qolu olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























