"Krasnodar"ın qapıçısı: "Layiqli qələbə qazandıq"

"Avropa Liqasında zəif rəqib yoxdur.
"Qəbələ" ilə matç bunu bir daha sübut etdi. Oyuna yaxşı başladıq. Amma sonradan sakitləşməyimiz bizə baha başa gələ bilərdi".
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Krasnodar"ın qapışçısı Andrey Siniçin Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, "Qəbələ"nin yaxşı hücumçularının olduğunu bildirib:
"Onlar qarşılaşma ərzində məni və müdafiəçilərin gərginlikdə saxladılar".
A.Siniçin layiqli qələbə qazandıqlarını vurğulayıb:
"İmkanlarımızdan yaxşı istifadə etdik. Qarşıda PAOK-la çətin oyun var. Yunanıstanlı azarkeşlər son dəqiqəyə kimi komandalarına dəstək olurlar. Biz artıq "Borussiya" səddini keçmişik. PAOK-la hər iki matçda qələbə üçün oynayacağıq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























