• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb
02.10.2015 18:45
Azərbaycan millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə mərhələsinin son iki oyununa 21 futbolçu dəvət edib.

Xorvatiyalı mütəxəssis oktyabrın 10-da İtaliya ilə ev, 13-də isə Bolqarıstanla səfər görüşündə 21 oyunçuya güvənəcək. Topaz Premyer Liqasının VII turunun qarşılaşmalarını izləyəcək mütəxəssisin heyətdə müəyyən dəyişiklik etməsi isə istisna deyil.

Açıqlanan 21 futbolçudan ibarət heyət isə sentyabrdakı ilə müqayisədə müəyyən dəyişikliklərə məruz qalıb.

Belə ki, Xorvatiya və Malta ilə qarşılaşmalara dəvət almayan Anar Nəzirov, Maksim Medvedev və Tuğrul Erat qısa fasilədən sonra heyətə dönüb. Nəzirov 2015-ci ildə, yəni Prosineçki dönəmində ilk dəfə dəvət alıbsa, iyunda yığmaya çağırılan Erat sonradan heyətdən çıxarılmışdı. Zədə üzündən son matçları buraxan Maksim isə yığmamızın daimi üzvlərindəndi.

Əvəzində ötən ay siyahıda yer alan Aqil Məmmədov, Araz Abdullayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Nurlan Novruzov, Səlahət Ağayev, Rauf Əliyev, Seymur Əsədov, Vüqar Nadirov və Ürfan Abbasov bu dəfə baş məşqçiyə lazım olmayıb.

Düzdü, bu 13 oyunçudan bəziləri ilkin siyahıda olsa da sonradan oradan çıxarılmışdı. Bunlar Nurlan, Ürfan, Seymur v ə Elvindi. Həmin vaxt siyahıdan çıxarılanlardan Rəhman Hacıyev isə yenə Prosineçkidən dəvət alıb.

Qapıçılar: Kamran Ağayev ("Karşiyaka”, Türkiyə), Aqil Məmmədov         ("Neftçi”), Anar Nəzirov ("Zirə”)

Müdafiəçilər: Tərlan Quliyev ("Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov,

Rəşad Sadıqov (hamısı "Qarabağ”), Arif Daşdəmirov, Ruslan Abışov (hər ikisi "Qəbələ”), Pavel Paşayev ("Metallurq”, Zaporojye, Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qəbələ”), Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı "Qarabağ”), Dmitri Nazarov        ("Karlsrue”, Almaniya), Rəhman Hacıyev ("Neftçi”), Tuğrul Erat ("Fortuna”, Dusseldorf, Almaniya), Rahid Əmirquliyev ("Xəzər Lənkəran”)

Hücumçular: Elnur Cəfərov ("Xəzər Lənkəran”), Eddi İsrafilov  ("Eybar”, İspaniya), Ruslan Qurbanov ("Neftçi”).


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol