Qovulduğunu "facebook"dan öyrəndi

Bosniya və Hersoqovina çempionatında çıxış edən "Drina" klubu baş məşqçisi Vladika Petroviçlə yollarını ayırıb.
Qol.Az-ın məlumatına görə, Petroviç vəzifəsindən qovulduğunu ilk olaraq klubun rəsmi "facebook" səhifəsindən öyrənib.
Turnir cədvəlinin son pilləsində qərarlaşan "Drina" klubunun rəsmi "facebook" səhifəsində "Petroviç artıq "Drina"nın baş məşqçisi deyil" yazısı paylaşılıb.
Qovulduğunu "facebook" səhifəsindən öyrənən məşqçi də həmin açıqlamanın altına "məni məlumatlandırdığınız üçün təşəkkür edirəm" ifadəsini yazıb.
Qeyd edək ki, "Drina" çempionatda geridə qalan 10 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























