Messinin qardaşı saxlanıldı

Matias Messi ikinci dəfə qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb
Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin böyük qardaşı Matias Messi qanunsuz silah gəzdirməkdə ittiham olunur. "Report"un xarici KİV-ə istinadən məlumatına görə, oktyabrın 3-də Argentinanın Rosario şəhərində polis əməliyyat keçirərkən Matiasın da avtomobilində yoxlama aparıb.
Baxış zamanı maşından lisenziyası olmayan tapança aşkar edilib. O, 4 saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Matias Messi 2008-ci ildə də oxşar hadisə ilə üzləşib. Həmin vaxt da Lionel Messinin qardaşı qanunsuz silah gəzdirdiyi üçün həbs edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























