"Bavariya" "Borussiya"nı qol atəşinə tutdu - VİDEO

"Alyans Arenada" baş tutan matç "Bavariya"nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya" klubu Bundesliqanın 8-ci turu çərçivəsində doğma divarlar arasında Dortmund "Borussiya"sını qəbul edib.
ANS PRESS-in məlumatına görə oyunda hesabı ilk olaraq "Pivəçilər" açıblar.
Oyunun 26-cı dəqiqəsində "Bavariya"nın futbolçusu Tomas Müller Jerom Boatenqin ötürməsindən sonra fərqlənib. 35-ci dəqiqədə Müller bir daha özündən söz etməyi bacarıb. Beləki, o 11 metirlik cərimə zərbəsindən sonra fərqlənərək dubl edib.
Qonaqların cavabı özünü çox gözlətməyib. 36-ci dəqiqədə Obameyanq Qonsalo Kastronun ötürməsindən sonra Bundesliqanın ardıcıl 8 oyununda qol vurmağı bacarıb.
Matçın 2-ci hissəsində azarkeşlər "Bavariya" klubunun futbolçuları tərəfindən vurulan 3 qola şahidlik ediblər. Beləki, 46-cı, 58-ci dəqiqələrdə Robert Levandovski, 66-ci dəqiqədə isə Mario Götze topu rəqib qapısından keçiriblər. Beləliklə, "Bavariya" - "Borussiya" matçı 5:1 hesabı ilə başa çatıb.
"Bavariya" - "Borussiya" oyunu
"Bavariya" Bundesliqanın 7-ci turu çərçivəsində səfərdə "Mainz" klubu ilə qarşılaşıb. Oyun "Pivəçilərin" 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində isə Münhen klubu "Alyans Arena"da Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Həmən oyun "Bavariya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bundesliqanın turnir cədvəli
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























