• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Şəhriyarın çıxışı zamanı böyük ajiotaj olub

Nazir: Şəhriyarın çıxışı zamanı böyük ajiotaj olub
05.10.2015 13:11
"Oyun günlərindən birində yarışa 600-ə yaxın ziyarətçi gəlib”.

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşlərini izləmək üçün Fairmont otelinə gələn Gənclər və İdman naziri Azad Rəhimov turnirin mətbuat xidmətinə açıqlama verib.

Turnirin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazir Azərbaycanda şahmatın inkişaf etdiyini vurğulayıb: 

"Azərbaycanda şahmat ənənələri və uğurları mövcuddur. Biz onları itirmək istəməzdik. Vaxtı ilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüylə şahmat məktəbləri inşa edilib. O zaman 70-ə yaxın məktəb tikilib. Hazırda dövlət başçısı İlham Əliyev bu işi uğurlar davam etdirir. Azərbaycanın hər regionunda şahmat məktəbləri fəaliyyət göstərir. Uşaqlar və yeniyetmələr şahmata böyük maraq göstərir. Ölkəmiz üçün şahmat üzrə mötəbər yarışlara ev sahibliyi etmək çox vacibdir. 

İlk olaraq uşaqların dünyanın aparıcı şahmatçılarının oyununu canlı izlədiyini vurğulamalıyam. Digər tərəfdən belə yarışlar ölkədə şahmatın inkişafına kömək edir. Gələn il ölkəmiz daha bir mötəbər yarış - şahmat olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda baş tutan şahmat olimpiadasında qəbul edilib. Əminəm ki, şahmat olimpiadası Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Dünya Kubokunda çıxışı zamanı böyük ajiotajın olması bizi çox sevindirir. Oyun günlərindən birində yarışa 600-ə yaxın ziyarətçi gəlib, hətta zala əlavə oturacaqların gətirilməsinə məcbur olublar. Bütün bunlar gəncliyin və ictimaiyyətin şahmata olan marağını göstərir. Fikrimcə gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol