• $
  • €
  • ₽
  • ₺
  • £

Antonio Konte: “Azərbaycan hədəflərimizin önündə əngəl ola bilər”

Antonio Konte: “Azərbaycan hədəflərimizin önündə əngəl ola bilər”
06.10.2015 16:42
"Azərbaycana gəzməyə getməyəcəyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.
 
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da yığmamızın qonağı olacaq "Skuadra Adzurra” qələbə qazanacağı təqdirdə final mərhələsinə vəsiqəni təmin edəcək.
 
Konte İtaliya millisinin təlim-məşq bazasında keçirdiyi mətbuat konfransında millimizdən çəkindiyini etiraf edib: "Azərbaycan yığması yeni stadionunda ilk oyununa çıxacaq. Güman edirəm ki, ən azı 60 min azarkeş matçımızı izləyəcək. Azərbaycan millisi bizim hədəflərimizin önündə əngəl ola bilər. Çox diqqətli olmalıyıq. Yaxşı çalışıb, yalnız bu matçı düşünməliyik. Azərbaycan üçün də İtaliyaya qarşı oynamaq bir prestij olacaq. Biz də oyunun nə dərəcədə önəmli olduğunu dərk edirik. Asan olmayacağını bilirik. Oyunçularımı ciddi şəkildə hazırlayacam”.
 
Təcrübəli mütəxəssis millimizlə qarşılaşmada hücum xəttində güvənəcəyi oyunçunun adını da açıqlayıb: "Lorenzo İnsinye bu mövsümə çox yaxşı başlayıb. "Napoli”dəki çıxışı alqışalayiqdi. A seriyasının ötən turunda "Milan”la görüşdə 2 qol vuraraq əla formada olduğunu bir daha göstərdi. İnanıram ki, eyni performansı Azərbaycanla matçda da nümayiş etdirər. Ona inamımız böyükdü”.
 
Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq italyanlar bundan 3 gün sonra Romada Norveç yığmasını qəbul edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol